Türkiyədə əməliyyatda 851 nəfər həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196241-türkiyədə_əməliyyatda_851_nəfər_həbs_olunub
Türkiyənin anti-terror polisinin keçirdiyi əməliyyatda 851 terrorçu həbs olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 27, 2015 12:55 Asia/Baku
  • Türkiyədə əməliyyatda 851 nəfər həbs olunub
    Türkiyədə əməliyyatda 851 nəfər həbs olunub

Türkiyənin anti-terror polisinin keçirdiyi əməliyyatda 851 terrorçu həbs olunub.

Səhər Beynəlxalq Televiziyasının Anadolu İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Türkiyənin minlərlə polisinin iştirakı ilə keçirilən irimiqyaslı əməliyyatda bu ölkənin onlarla vilayətində yüzlərlə müxalif və terror əməliyyatında iştirak etməkdə şübhəli bilinən şəxslər həbs olunub.
Bu məlumata görə, İstanbulda həbs olunanların 37 nəfəri xarici vətəndaşdır. Lakin onların hansı ölkə vətəndaşı olduğuna toxunulmayıb.
Bu əməliyyatda həmçinin İstanbulda hökumət müxaliflərindən bir nəfəri həlak olub.
Türkiyədə de-stabil vəziyyət 32 nəfərin ölməsi və təxminən 100 nəfərin yaralanması ilə nəticələnən Suriya ilə sərhəd rayonun olan Suruçda kürdlərin tərəfdarı olan fəallara qarşı terror aktından sonra başlanıb.
Toqquşmalarda Türkiyənin onlarla polis və təhlükəsizlik qüvvəsi həlak olub və ya yaralanıb.
Son qarşıdurmalardan sonra Türkiyədə bu təhlükəsizlik əməliyyatları keçirilir.
Türkiyə rəsmilərinin bildirdiyinə görə, Türkiyə Kürdüstan Fəhlə Partiyası PKK, İŞİD terror qruplaşması və Xalq Azadlığı Uğrunda İnqilab Cəbhəsi adlanan qrupla əlaqədar şəxslərin həbs olunması bu təhlükəsizlik əməliyyatının məqsədini daşıyır.