İraqın Ələnbar vilayətində 18 İŞİD-çi snayper öldürülüb
İyul 28, 2015 10:21 Asia/Baku
-
İraqın Ələnbar vilayətində 18 İŞİD-çi snayper öldürülüb
İraqın təhlükəsizlik mənbələri Ələnbar vilayətinin Əlrəmadi şəhərinin şərqində keçirilən təhlükəsizlik əməliyyatında 18 İŞİD-çi snayperin öldürülməsindən xəbər verib.
Ələhd xəbər portalının məlumatına görə, İraqın federal polis qüvvələrinin komandanı bildirib ki, raqın federal polisinin tabeliyində olan təhlükəsizlik qüvvələri Əlrəmadinin şərqindəki Həsibə məntəqəsində İŞİD ünsürləri ilə toqquşublar.General-mayor Raid Şakir Cudət deyib ki, bu əməliyyatda 18 İŞİD-çi snayper öldürülüb.
İraqın federal polis qüvvələrinin komandanı həmçinin bildirib ki, iraqlı qüvvələrin Əlrəmadinin şərqindəki əməliyyatlarının davamında 30 İŞİD-çi bu şəhərin şərqində yerləşən Əlxalidiyyə məntəqəsində öldürülüb.
O, vurğulayıb ki, İraqın federal polisi Əlrəmadinin şərq mehvərinin dərinliyinədək irəliləyib və İŞİD terrorçularını bu məntəqədən çıxarıbdır.