16 yəmənli partiya Ənsarullah rəhbərinə tam ixtiyar verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196262-16_yəmənli_partiya_Ənsarullah_rəhbərinə_tam_ixtiyar_verib
Yəməndə 16 siyasi partiya və qurum bir sənəd imzalayaraq, səudiyyə təcavüzkarlıqları ilə mübarizə üçün bu ölkənin ordusu və xalq komitələri ilə öz həmkarlığını elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2015 06:12 Asia/Baku
  • 16 yəmənli partiya Ənsarullah rəhbərinə tam ixtiyar verib
    16 yəmənli partiya Ənsarullah rəhbərinə tam ixtiyar verib

Yəməndə 16 siyasi partiya və qurum bir sənəd imzalayaraq, səudiyyə təcavüzkarlıqları ilə mübarizə üçün bu ölkənin ordusu və xalq komitələri ilə öz həmkarlığını elan edib.

Əlaləm-in məlumatına görə, bu partiyalar səudiyyə təcavüzkarlıqları ilə mübarizə üçün Yəmən Ənsarullahı hərəkatı rəhbərinin planları və seçimlərini tam şəkildə dəstəklədiklərini bildirərək, Yəmənə qarşı səudiyyə-amerikan cinayətlərə cavabda öz seçimlərini işlətməsi üçün Əbdulməlik Əlhusiyə tam ixtiyar veriblər.
Ərəbistan 9 ərəb ölkəsi ilə yanaşı və Amerikanın dəstəyi ilə cari il martın 26-dan Yəmənin istefa vermiş fərari prezidenti Mənsur Hadi hökumətini hakimiyyətə qaytarmaq hədəfi ilə Yəmənə qarşı hava və dəniz təcavüzünə başladı və bu ölkənin məktəbləri, hava limanları, mənzil və xəstəxanları, xidmət və infrastruktur təsisatlarının 90 faizini öz qırıcılarının bombardmanlarına məruz qoydu. Amma indiyədək hədəflərindən heç birinə nail olmayıbdır.
Bu təcavüzlər zamanı indiyədək əksəriyyətini qadın və uşaqların təşkil etdikləri 4200-dən yuxarı yəmənli həlak olub, on min nəfərdən çox yəmənli də yaralanıb, yüz minlərlə nəfər isə didərgin düşübdür.