İyul 28, 2015 19:45 Asia/Baku
  • Nəsrullahın Ümumdünya Müqavimət Ruhaniləri Birliyinin konfransında çıxışı
    Nəsrullahın Ümumdünya Müqavimət Ruhaniləri Birliyinin konfransında çıxışı

Livan Hizbullahının baş katibi Müqavimətin hədəfini sionist rejimin planları ilə mübarizə və onların məğlubiyyəti adlandırıb.

Livanın Əlminar telekanalının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə axşamı günü "Fələstin amalı üçün birlik" şüarı ilə Beyrutda keçirilən Ümumdünya Müqavimət Ruhaniləri Birliyinin konfransındakı çıxışında vurğulayıb ki, Müqavimətin hədəfi, sionist rejimin planlarının məhvidir. O, əlavə edib: Ərəb və islami ölkələr hazırda biri, sionistlərin işğalçılıqla Fələstin məsələsinin unudulması üzrə planı, digəri isə sionistlərin planı ilə qarşılaşma və müqavimət olan iki plan qarşısında dururlar.
Nəsrullah keçmiş illərdən sionist rejimin regiondakı hədəflərinin reallaşması ardınca olan bəzi ərəb ölkələrini tənqid edərək, deyib: Son illərdə ən təhlükəli məsələlərdən biri, Fələstin məsələsinin beynəlxalq və islami diqqətlər dairəsindən çıxmasıdır.

Teqlər