Suriyada 12 milyon nəfər humanitar yardımlara ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196292-suriyada_12_milyon_nəfər_humanitar_yardımlara_ehtiyaclıdır
BMT baş katibinin humanitar yardım məsələləri üzrə müavini deyib: Suriyada 12 milyondan çox insan humanitar və məişət yardımlarına ehtiyaclıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2015 04:17 Asia/Baku
  • Suriyada 12 milyon nəfər humanitar yardımlara ehtiyaclıdır
    Suriyada 12 milyon nəfər humanitar yardımlara ehtiyaclıdır

BMT baş katibinin humanitar yardım məsələləri üzrə müavini deyib: Suriyada 12 milyondan çox insan humanitar və məişət yardımlarına ehtiyaclıdır.

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliynə istinadla verdiyi məlumata görə, 2015-ci ildə 1 milyondan çox didərginin olduğunu bildirən Stiven Obrayn əlavə edib: Suriya böhranı başlandıqdan indiyə qədər ümumilikdə bu ölkədə 7 milyon 600 min nəfər didərgin düşüb.
Qonşu ölkələrdə qeydə alınan suriyalı qaçqınların 4 milyondan çox olduğunu deyən Obrayn bildirib: Beynəlxalq ictimaiyyət bu qaçqınlara sığınacaq vermək məsuliyyətini üzərinə götürən qonşu ölkələri dəstəkləməlidir.