BMT işğal olunan ərazilərdə qəsəbələrin salınmasına reakisya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196317-bmt_işğal_olunan_ərazilərdə_qəsəbələrin_salınmasına_reakisya_verib
BMT İsrail rejimi tərəfindən işğal olunmuş Fələstin ərazilərində sionist sakinli qəsəbələrin salınmasını pisləyib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2015 03:57 Asia/Baku
  • BMT işğal olunan ərazilərdə qəsəbələrin salınmasına reakisya verib
    BMT işğal olunan ərazilərdə qəsəbələrin salınmasına reakisya verib

BMT İsrail rejimi tərəfindən işğal olunmuş Fələstin ərazilərində sionist sakinli qəsəbələrin salınmasını pisləyib

Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, BMT baş katibi Ban Ki Mun çərşənbə günü sionist rejim tərəfindən İordan çayının qərb sahilində yeni 300 yaşayış massivi və Beytül-Müqəddəsdə 504 yaşayış massivinin salınmasını qeyri-qanuni adlandırıb.
Ban Ki Mun həmçinin Təl-Əvivi bu qərara yenidən baxmağa çağırıb.
BMT baş katibi işğal olunmuş ərazilərdə sionist qəsəbələrin salınmasını sülh prosesinin irəlilədilməsi üçün maneə adlandırıb.
İsrail rejimi çərşənbə günü İordan çayının qərb sahilində 300 və şərqi Beytül-Müqəddəsdə 504 yeni yaşayış massivinin salınmasına qərar verib.