İyul 30, 2015 10:38 Asia/Baku
  • Suriya ordusu terrorçulara qarşı əməliyyatları davam etdirir
    Suriya ordusu terrorçulara qarşı əməliyyatları davam etdirir

Suriya ordusunun bu ölkənin müxtəlif bölgələrində terrorçulara qarşı əməliyyatları davam edir.

Səhər Beynəlxalq Televiziyasının Suriyanın SANA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Suriya ordusu qüvvələri terrorçularla mübarizənin davamında Hələbdə əl-Lirmun və əl-Şüar məhəllələrində terrorçu qruplaşmaların gizli məkanlarını məhv ediblər.
Həmçinin Suriya ordusu qüvvələri Hələb şəhərinin qərbində əl-Mənsurə kəndində təkfirçi terrorçuların bir qrupunu öldürüblər.
Terrorçular bu kənd vasitəsi ilə Hələb şəhərinin yaşayış massivlərini minaatanlar və raketlə hədəfə alırdılar.
Suriya ordusunun Həritan, Adnan şəhərləri, Hələb yolu kənarındakı Nəbəl və əl-Zəhra şəhərciklərinin ətrafında terrorçuların gizli məkanlarını hədəfə alıblar. Nəticədə çoxlu sayda terrorçu öldürülüb.
Suriyanın cənub-qərbində Qünəytrə ətrafında ordu qüvvələri əl-Nüsrə Cəbhəsi və digər təkfirçi qruplaşmaların gizli məkanlarına qarşı hücumları davam etdiriblər. Suriya ordusu qüvvələrinin Qünətrə ətrafında Cibata əl-Xəşəb, əl-Hürriyyə, əl-Kəşə və əl-Həmidiyyə ətrafında terrorçuların gizli məkanlarını məhv ediblər. Nəticədə bir qrup terrorçu öldürülüb.
Dəməşqin ətrafında Şərqi Qutənin mərkəzində Həmuriyyə kəndinin şərqində əl-Əşəri sahəsində bir bomba qayırma sexinin partlaması nəticəsində əl-Nüsrə Cəhbəsi terror qruplaşmasının 50 terrorçusu ölüb.
Həmçinin Suriyanın mərkəzində Homsun ətrafında ordu qüvvələri Palmiranın ətrafında Vadi Əbyəz səddinin şimalında İŞİD terrorçularının hərəkətlərini nəzarətdə saxlayıb və onların avtomobillərini məhv ediblər. Nəticədə çoxlu sayda İŞİD-çi öldürülüb.
Digər tərəfdən Suriyanın şimal-qərbində İdlibin ətrafında Əbu əl-Zəhur, Xan Şeyxun, Mötərəm, Əriha, əl-Sərmaniyyə, Cozef, Bəzit və Şağuritdə terror qruplaşmalarının mövqeləri Suriya ordusu qırıcı təyyarələri tərəfindən bombalanıb və məhv edilib.
Suriyanın qərbində yerləşən Həmadan əldə olunan məlumata görə, ordu qüvvələri əl-Məranə, əl-Qahirə, əl-Əmiqə və əl-Məziq qalası ətrafında terrorçuların mövqelərini məhv ediblər. Bu hücum çoxlu sayda terrorçunun öldürülməsi ilə nəticələnib.

Teqlər