Sionist rejim 230 fələstinli uşağı ev dustağı edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196327-sionist_rejim_230_fələstinli_uşağı_ev_dustağı_edib
Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə komitənin sədri deyib: Sionist rejim ötən 3 il ərzində Qüdsdə yaşayan 230-dan çox fələstinli uşağı ev dustaqlığına məhkum edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2015 06:25 Asia/Baku
  • Sionist rejim 230 fələstinli uşağı ev dustağı edib
    Sionist rejim 230 fələstinli uşağı ev dustağı edib

Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə komitənin sədri deyib: Sionist rejim ötən 3 il ərzində Qüdsdə yaşayan 230-dan çox fələstinli uşağı ev dustaqlığına məhkum edib.

Səhər Beynəlxalq Televiziyasının Fələstin Xəbərləri portalına istinadlı məlumatına görə, İsa Qəraqe deyib: İsrail rejiminin Qüdsdə yaşayan fələstinli uşaqlar barədəki ədalətsiz qərarları nəticəsində bu uşaqlar dəfələrlə 2-6 ay ev dustaqlığı və maliyyə vəsiqələrinin girov qoyulmasına məhkum olunublar.
Qəraqe əlavə edib: 2013-cü ildən 2015-ci ilə qədər 230-dan çox azyaşlı fələstinli uşaq ev dustaqlığına məhkum olunub.
Qəraqe həmçinin deyib: İsrail rejiminin ədalətsizlikləri bu uşaqların ailələrini həbsxana məmurlarına çevirib və hətta onlardan bəzisi müalicə olunmaq üçün də evdən çıxa bilmir.
Fələstinli Əsirlər və Azadələrin Məsələləri üzrə komitənin sədri xatırladıb: Ev dustaqlığı uşaqlar və onların ailələri üçün cəza hesab olunur. Çünki uşaqlara psixoloji mənfi təsirindən əlavə, yerinə yetirilmədiyi halda uşağın ailəsi ağır cərimə ödəməlidir.