Yəmən vətəndaşları Ərəbistanın təcavüzünü pisləyiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196359-yəmən_vətəndaşları_Ərəbistanın_təcavüzünü_pisləyiblər
Yəmən vətəndaşları Səudiyyə Ərəbistanının təcavüzü ilə mübarizə üçün strateji seçimlərin dəstəklənməsi istiqamətində aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2015 16:17 Asia/Baku
  • Yəmən vətəndaşları Ərəbistanın təcavüzünü pisləyiblər
    Yəmən vətəndaşları Ərəbistanın təcavüzünü pisləyiblər

Yəmən vətəndaşları Səudiyyə Ərəbistanının təcavüzü ilə mübarizə üçün strateji seçimlərin dəstəklənməsi istiqamətində aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının əl-Aləm telekanalına istinadla verdiyi məlumata görə, paytaxt Səna və İb vilayətinin sakinləri aksiyalar keçirərək Yəmən Ənsarullahı Hərəkatının rəhbəri Əbdülməlik Husidən istəyiblər ki, Ərəbistanın hücumları ilə mübarizə üçün strateji seçimləri təyin etsin.
Bu aksiyalarda iştirak edənlər Səudiyyə Ərəbistanı ilə mübarizə uğrunda ordu və könüllü qüvvələri dəstəkləyərək bu istiqamətdə aktiv iştiraka hazır olduqlarını bildiriblər.
Etirazçıalr həmçinin bir bəyanat verərək bildiriblər: Yəmənə tətbiq olunan müharibə sionist-amerikalı plandır ki, Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin məzlum xalqına qarşı icra olunur.