Avq 02, 2015 09:04 Asia/Baku
  • Yəmən ordusu və müqaviməti Ərəbistanın təcavüzkarlığına reaksiya verir
    Yəmən ordusu və müqaviməti Ərəbistanın təcavüzkarlığına reaksiya verir

Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə təcavüzkarlıqlarına reaksiyada Yəmən ordusu və müqavimət qüvvələri Ərəbistanın bir sərhəd bazasını ələ keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının Yəmənin rəsmi informasiya agentliyinə istinadla verdiyi məlumata görə, Yəmənin Müdafiə Nazirliyində məlumatlı bir rəsmi deyib: Ordu və müqavimət qüvvələri şənbə günü Ərəbistan ərazisində əl-Xubə məntəqəsində Vadi Carrə bazasını ələ keçirərək Ali-Səud rejimi qüvvələrinə ağır tələfat və xəsarət vurublar.
Bu hərbi rəsminin sözlərinə görə, səudiyyəli hərbçilər bölgədə qarşıduma başlandıqdan bir neçə dəqiqə sonra öz silah-sursatları və təchizatlarını ataraq qaçıblar.
Bu arada elan olunub ki, Yəmən ordusunun raket və arsenal bölmələri şənbə günü Ərəbistanın cənubunda Cizanın Qərf əl-Şeyx məntəqəsini 11 raket və 107 top mərmisi ilə hədəfə alıb. Nəticədə Ərəbistan ordusunun bir neçə hərbi avtomobili məhv olunub.
Bundan öncə əl-Məsirə televiziyası bildirmişdi ki, şənbə günü Ərəbistan bombardmançılarının Yəmənin Ləhic, Səna və əl-Hədidə vilayətlərinin müxtəlif bölgələrinə hava hücumlarında ən azı 10 sivil həlak olub, onlarla nəfər də yaralanıb.
Ekspertlər Ərəbistanın Yəmənə təcavüzü və bu ölkə xalqını mühasirəyə almasını sionist rejimin Qəzzə sakinləri qarşısındakı hərəkətinə bənzədirlər.

Teqlər