Avq 02, 2015 10:32 Asia/Baku
  • Livandakı fələstinlilər sionistlərin cinayətlərini pislədilər
    Livandakı fələstinlilər sionistlərin cinayətlərini pislədilər

Livan düşərgələrində yerləşdirilən fələstinli didərginlər sionistlərin cinayətlərini pisləmək istiqamətində aksiya keçiriblər.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Livanda yüzlərlə fələstinli qaçqın şənbə günü aksiya keçirərək sionist qəsəbə sakinlərinin fələstinli körpə Əli Səəd Dəvabşəni diri-diri yandırmaları və sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinin davam etməsini pisləyiblər.
Fələstinli aksiyaçılar şüarlar səsləndirərək beynəlxalq ictimaiyyəti Fələstin xalqı qarşısındakı məsuliyyətlərini yerinə yetirməyə və cinayətlər və irqçilik hərəkətlərinə son qoyması üçün sionist rejimə təzyiq göstərməyə çağırıblar.
Fələstinli etirazçılar fələstinli körpənin diri-diri yandırılmasının cavabsız qalmayacağını bildirərək Beynəlxalq Cəza Məhkəməsindən istəyiblər ki, sionist başçılar və bu cinayətin amillərini mühakimə edərək cəzalandırsın.
Sionist qəsəbə sakinləri cümə günü səhər İordan çayının qərb sahilində yerləşən Nablosun yaxınlığında bir mənzilə qəsdən od vuraraq fələstinli körpə Əli Səəd Dəvabşəni dir-diri yandırıblar.
İordan çayının qərb sahilinin müxtəlif bölgələri də ötən gün sionistlər tərəfindən fələstinli körpənin diri-diri yandırılmasına etiraz üzrə aksiyaların şahidi olub.

Teqlər