Sionist rejimin işğal olunmuş Fələstindəki cinayətlərinin detalları
Avq 03, 2015 10:46 Asia/Baku
Sionist rejim bir ay ərzində yeddi fələstinlini şəhid edib, 316 nəfəri də oğurlayıbdır.
Press TV-nin məlumatına görə, "Əhrar" araşdırma və insan haqları mərkəzi bazar günü sionist rejimin işğal olunmuş Fələstindəki cinayətlərinin detalları barədəki hesabatında bildirib ki, 2015-ci ilin iyul ayında İordan çayının qərb sahilində azı altı, Qəzzə zolağında isə bir fələstinli sionistlər tərəfindən şəhid edilib."Əhrar" araşdırma və insan haqları mərkəzinin araşdırmalarına əsasən, sionist rejim bu müddət ərzində həmçinin Beytulmuqəddəsdə 113 fələstinlini də oğurlayıbdır.
Bu məlumata görə, habelə Qəzzə zolağında on bir, İordan çayının qərb sahilində yerləşən Əlxəlil, Ramullah, Beyt Ləhm, Nablus, Cenin, Tulkərm və Qəlqiliyada isə təqribən 200 fələstinli oğurlanıb.
Oğurlanmış fələstinlilər arasında 16 qadın və 20 uşaq var.
"Əhrar" araşdırma və insan haqları mərkəzi sionistlərin mənzillərdə fələstinlilərə hücumu, hıəmçinin fələstinlilərin aksiyalarının yatırdılmalarını insan haqlarının pozulmasının bariz nümunəsi adlandırıb.