Mənsur Hadinin müavinin Yəmənin cənubuna məqsədyönlü səfəri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196457-mənsur_hadinin_müavinin_yəmənin_cənubuna_məqsədyönlü_səfəri
Yəmənin Əlhəqq partiyası Yəmənin istefa vermiş fərari prezidentinin müavininin Ərriyaddan Ədənə səfərini Əlqaidə-yə və onun tabeliyində olanlara ruhiyyə vermək məqsədli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2015 10:27 Asia/Baku
  • Mənsur Hadinin müavinin Yəmənin cənubuna məqsədyönlü səfəri
    Mənsur Hadinin müavinin Yəmənin cənubuna məqsədyönlü səfəri

Yəmənin Əlhəqq partiyası Yəmənin istefa vermiş fərari prezidentinin müavininin Ərriyaddan Ədənə səfərini Əlqaidə-yə və onun tabeliyində olanlara ruhiyyə vermək məqsədli adlandırıb.

Təsnim xəbər agentliyinin məlumatına görə, Ənsarullah hərəkatı ilə müttəfiq olan Əlhəqq partiyasının siyasi bürosunun baş katibi olan Əhməd Əlbəhri bazar ertəsi günü Yəmənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin müavini Xalid Bəhahın Ədənə səfərinə işarə edərək, deyib: Bu səfər Mənsur Hadinin ünsürlərinin irəliləmələrini ümumi fikrə təlqin etmək üzrə media təbliğatı, eləcə də Ali-Səud ilə onun muzdurlarının Yəmənin cənubundakı məğlubiyyətlərini ört-basdır etmək məqsədilə həyata keçirilib.
Yəmənin istefa vermiş fərari baş naziri Xalid Bəhah ötən şənbə günü Ədən hava limanında atəşə məruz qalıb və Ədəndə yarım saat olduqdan sonra bir daha Ərəbistana qaçıbdır.