Bəhreynlilər bu ölkə məscidlərinin dağıdılmasına etiraz ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196459-bəhreynlilər_bu_ölkə_məscidlərinin_dağıdılmasına_etiraz_ediblər
Bəhreyn xalqı aksiya keçirərək, Ali-Xəlifə muzdurları tərəfindən bu ölkə məscidlərinin dağıdılmasına etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2015 13:12 Asia/Baku
  • Bəhreynlilər bu ölkə məscidlərinin dağıdılmasına etiraz ediblər
    Bəhreynlilər bu ölkə məscidlərinin dağıdılmasına etiraz ediblər

Bəhreyn xalqı aksiya keçirərək, Ali-Xəlifə muzdurları tərəfindən bu ölkə məscidlərinin dağıdılmasına etiraz edib.

Bəhreyndə Manama Post xəbər portalının məlumatına görə, Bəhreyn xalqı bu ölkənin müxtəlif şəhərlərində aksiya keçirərək, Ali-Xəlifə muzdurları tərəfindən 38 məscidin dağılmasını pisləyibdir.
Bəhreynlilərin aksiyaları Tubli-də, Sitrə adasında, Manama şəhərində keçirilib və aksiyaçılar Ali-Xəlifə rejiminin devrilməsi barədə şüarlar veriblər.
Onlar habelə siyasi məhbuslarla öz həmrəylikləri və 2011-ci il 14 fevral inqilabının hədəflərinə sədaqətlərini vurğulayıblar.
Bəhreyn 2011-ci ildə xalq qiyamının yatırılmasından bəri xalq etirazları səhnəsdir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin repressiya siyasətlərinin dayandırılması, xalq dövlətinin təşkili, siyasi islahatların aparılması və siyasi məhbusların azad edilmələrini istəyir.