Yəmənin yaşayış massivləri səudiyyəlilərin hücumlarına məruz qalıb
Avq 03, 2015 15:15 Asia/Baku
-
Yəmənin yaşayış massivləri səudiyyəlilərin hücumlarına məruz qalıb
Ərəbistanın Yəmənə hücumlarının davamında bu ölkə səudiyyə qırıcıları tərəfindən bombalanıbdır.
Rusiya Al Youm telekanalının məlumatına görə, səudiyyə qırıcıları Yəmənin Marəb vilayətinin Əlcəfinə və Əlsərah yaşayış massivlərini hücumlara məruz qoyublar. Bu hücumlarda bir neçə yəmənli ölüb və yaralanıb.Səudiyyə qırıcıları həmçinin Yəmənin Əlbiyza vilayətində bir sıra məntəqəni hədəfə alıblar ki, bu hücumlar nəticəsində üç yəmənli həyatını itiribdir.
Səudiyyə qırıcılarının Yəmənə qarşı digər hücumlarında Səədə vilayətinin yaşayış massivləri hədəfə alınıb və bir neçə yəmənli yaralanıbdır.
Digər tərəfdən, Yəmənin ordusu və xalq komitələri qüvvələri Ərəbistanın hücumlarına cavabda bu ölkənin sərhəd Cizan vilayətindəki Əlxubə və Məlhəmə məntəqələrində yerləşən hərbi mövqelərini səkkiz raketlə hədəfə alıblar ki, nəticədə səudiyyə tankları və qüvvələri hədəfə alınmaq qorxusundan geriyə çəkilməyə məcbur olublar.
Teqlər