Yəmənli xalq qüvvələrinin Ərəbistan bazalarına raket hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196465-yəmənli_xalq_qüvvələrinin_Ərəbistan_bazalarına_raket_hücumları
Yəmənin ordusu və xalq qüvvələrinin raket bölməsi Ərəbistanın müxtəlif hərbi bazalarını hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2015 05:01 Asia/Baku
  • Yəmənli xalq qüvvələrinin Ərəbistan bazalarına raket hücumları
    Yəmənli xalq qüvvələrinin Ərəbistan bazalarına raket hücumları

Yəmənin ordusu və xalq qüvvələrinin raket bölməsi Ərəbistanın müxtəlif hərbi bazalarını hədəfə alıb.

Əlsuməriyyə telekanalının məlumatına görə, Yəmənin ordusu və xalq qüvvələrinin raket bölməsi bazar ertəsi günü Ərəbistanın Əlməətin hərbi bazasını 35 raketlə hədəfə alıb.
Yəmənli qüvvələr habelə Ərəbistanın Cizan şəhərindəki Milhim hərbi bazası və Əlxubə şəhərində düşmən qüvvələrinin toplaşdıqları məkanı səkkiz raketlə hədəfə alıblar.
Yəmən hərbi qüvvələrinin raket bölməsi Cizanın Əlrədif məntəqəsində Ərəbistanın hərbi avtomobillərindən ibarət bir karvanı 2 Əlsərxə raketi ilə hədəfə alıblar.
Yəmənin ordusu və xalq qüvvələrinin artilleriyası bundan öncə Zəhranın Darulimarə sarayını, həmçinin səudiyyə ordusunun mövqelərini geniş surətdə bombalamışdı.
Digər tərəfdən, Əlməsirə telekanalının məlumatına görə, Yəmən ordusunun Əlsərxə-3 adlı yeni raket sisteminin təqdimat mərasimi olub.
Yəmən istehsalı olan bu raketdən səudiyyə-amerikan hücumlara cavabda istifadə olunub və böyük dəqiqliklə düşmənin mövqelərini hədəfə alıbdır.
Bundan öncə Əlsaqib-1 və 2 raketləri və Zəlzal raket sistemi yəmənli qüvvələr tərəfindən döyüş meydanında işlədilibdir.
Əlsərxə-3 raketi böyük dağıdıcılıq qüdrətinə və on beş kilometrlik mənzilə malikdir. 2 metr uzunluğa malik olan bu raket 15 kiloqram ağırlıqda başlığa və 70 santimetr uzunluqda motora malikdir.