Ərəbistanın yeni hərbçi və təchizatları Yəmənə daxil olub
Avq 04, 2015 09:08 Asia/Baku
-
Ərəbistanın yeni hərbçi və təchizatları Yəmənə daxil olub
Ərəbistanın və bu ölkənin müttəfiqlərinin Yəmənə hücumlarının davam etməsi ilə daha yüzlərlə ərəbistanlı hərbçi onlarla tank və təchizatla yanaşı, Yəmənin cənubuna daxil olub.
Yəmənin Xəbər informasiya agentliyinin məlumatına görə, Ərəbistanın və bu ölkənin müttəfiqlərinin Yəmənə qarşı hava və quru hücumlarının davam etdiyi bir halda təqribən 600 ərəbistanlı və Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin tabeliyində olan hərbçi 130 tank və hərbi avtomobillə Yəmənin Ədən limanına daxil olub ki, bu ölkədə əməliyyat icra etməklə xalq qüvvələri qarşısında Yəmənin istefa vermiş fərari prezidenti Mənsur Hadi və Əlqaidə qüvvələrinə kömək etmiş olsun.Bu qüvvələrin Yəmənə daxil olmaları elə bir halda baş veribdir ki, ərəbistanlı qırıcılar bazar ertəsi günü 12 dəfə Yəmənin Ləhəc vilayətindəki Ələnd hərbi bazasına hücum edərək, bu ölkəyə daha çox xəsarət vurublar.
Teqlər