Həmas müqavimətin davamına təkid edib
Avq 05, 2015 09:43 Asia/Baku
Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın Siyasi Bürosunun sədri sionist rejimə qarşı müqavimətin davam etdirilməsini vurğulayıb.
Qüds xəbər agentliyinin məlumatına görə, Həmas-ın Siyasi Bürosunun sədri Xalid Məşəl ötən il sionist rejimin Qəzzəyə qarşı 50 günlük hücumlarının fələstinli şəhidlərindən bir neçəsinin ailəsi ilə telefon söhbətində deyib: Fələstinlilər sionist rejimə qarşı müqavimət seçiminə təkid etməkdə davam edirlər.Həmas-ın Siyasi Bürosunun sədri əlavə edib: Fələstinli şəhidlərin qanı Fələstinin azad edilməsinin yoludur və sionist rejim caniləri beynəlxalq məhkəmələrdə mühakimə olunmalıdırlar.
Xalid Məşəl həmçinin vurğulayıb ki, 18 aylıq fələstinli körpənin yandırılması və digər üç fələstinlində şiddətli yanığın yaranmasına səbəb olmuş Duma qəsəbəsində fələstinlilərin evlərinin yandırılması cinayətinin amilləri mühakimə edilməlidirlər.