Küveyt terror partlayışı şübhəlilərinin etirafı
Avq 05, 2015 14:14 Asia/Baku
Küveyt terror partlayışının ən əsas şübhəlisi bu iş üzrə müttəhimlərin mühakiməsinin əvvəlində İŞİD-ə üzv olduğunu etiraf edib.
Frans-Press-in məlumatına görə, heç bir vətəndaşlığı olmayan "Əbdurrəhman Səbah İydan Səud" Küveytdə qanlı partlayış işinin 29 müttəhiminin mühakiməsinin əvvəlində deyib ki, Küveytdəki İmam Sadiq(ə) məscidinə qarşı partlayış hücumundan öncə İŞİD-ə qoşulubmuş.Səud həmçinin etiraf edib ki, İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu hücumda istifadə olunacaq partlayış kəmərini axtarmaq üçün Ərəbistan sərhədi yaxınlığındakı kəndlərin birinə getmişdi.
Bir terrorçu iyunun 26-da Küveytin Əlsəvabər məntəqəsində yerləşən İmam Sadiq(ə) məscidində bomba partlatdı ki, nəticədə 27 nəfər həlak oldu, 227 nəfər də yaralandı.
Küveytdə partlayış işinin 29 müttəhiminin mühakiməsinin ilk iclası çərşənbə axşamı günü keçirilib.
Məhkəmə bu hücumda əli olduğu ehtimal olunan 22 kişi və 7 qadının mühakiməsi üzrə növbəti iclası cümə axşamına saxlayıb.