Bəhreyn İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi həbs edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196560-bəhreyn_İnsan_haqları_mərkəzinin_dini_azadlıqlar_üzrə_məsul_şəxsi_həbs_edildi
Bəhreyn İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi həbs edildi
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 08, 2015 13:27 Asia/Baku
  • Bəhreyn İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi həbs edildi
    Bəhreyn İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi həbs edildi

Bəhreyn İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi həbs edildi

Əl-Aləm kanalının məlumatına görə, Bəhreynin təhlükəsizlik qüvvələri İnsan Haqları Mərkəzinin dini azadlıqlar üzrə məsul şəxsi Şeyx Meysəm Salmanı həbs ediblər.
Bundan öncə Bəhreyn rəsmiləri milli-islami Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanı həbs etmişdilər. Şeyx Əli Salman 4 il azadlıqdan məhrum edilib.
Bəhreynin İnsan Haqları Mərkəzi bir hesabat yayaraq, bildirib ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri cari 2015-ci ilin əvvəlindən iyun ayının sonuna kimi 827 Bəhreyn vətəndaşını o cümlədən bir neçə uşağı həbs ediblər.
Həmçinin, beynəlxalq hüqquq müdafiə təşkilatları 2011-ci ildən bəri Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı etirazlarda həbs edilənlərin sayını 3 mindən çox elan ediblər. Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı 2011-ci ildən etiraz aksiyaları keçirərək, ölkədə demokratik quruluşun formalaşmasını və zorakılıqlara son qoyulmasını tələb edir.