Avq 09, 2015 09:24 Asia/Baku
  • Fələstinlilərin etiraz aksiyası sionistlərin zorakılığı ilə üzləşib
    Fələstinlilərin etiraz aksiyası sionistlərin zorakılığı ilə üzləşib

Sionist rejim hərbçiləri şənbə günü Qərb Sahilində fələstinlilərin dinc etiraz aksiyasına hücum ediblər.

İsrail hərbçiləri Fələstin Xalq Komitələrinin ayrıcı divar və qanunsuz qəsəbələrin salınması siyasətinə etiraz məqsədilə təşkil etdiyi aksiyanı yatırdıblar.
Bu etiraz aksiyasında iştirak edənlər ifratçı sionist qəsəbə sakinlərinin fələsinlilərə qarşı cinayətlərini, xüsusilə də Qərb sahilində yerləşən Nablos şəhərinin yaxınlığında, Duma kəndində bir fələstinlinin evini yandırmalarını pisləyiblər.
Ərəbistanın rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, fələstin mənbələri bildiriblər ki, İsrail hərbçiləri aksiya iştirakçılarına hücum edərək, onlara qarşı güc tətbiq ediblər.
Sionist qəsəbə sakinləri ötən cümə günü Duma kəndində, Dəvabişə adli bir fələstinlinin evinə hücum edərək, onu yandırıblar. Nəticədə evdə olan 18 aylıq körpə, Əli Dəvabişə diri-diri yanaraq, şəhid olub. Onun atası, anası və 4 bacısı isə ciddi yanıqlarla xəstəxanaya köçürülüb. Əli Dəvabişənin atası Səəd Dəvabişə də aldığı yaraların ağırlığı üzündən bir həftə sonra şəhid oldu.
Bu terror hücumu sionist rejimin çirkin cinayətlərinə qarşı beynəlxalq nifrətin daha da artmasına səbəb olub.

Teqlər