Avq 09, 2015 10:37 Asia/Baku
  • Əl-Qaidə Yəmənin cənubunda ağır tələfat verdi
    Əl-Qaidə Yəmənin cənubunda ağır tələfat verdi

Yəmən ordusu ölkənin cənubunda, Əbyən vilayətində onlarla terrorçunun məhv edilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Yəmən ordusu bildirib ki, şənbə günü Əbyən vilayətinin Ələm məntəqəsində ordu və xalq qüvvələri ilə əl-Qaidə terrorçuları arasında ağır döyüşlər baş verib. Toqquşmada 70 terrorçu məhv edilib. Bu döyüşdə iştirak edən və terrorçuları himayə edən onlarla Birləşmiş Ərəb Əmirliyi hərbçisi də yaralanıb.
Məlumata görə, bu əməliyyat zamanı Birləşmiş Ərəb Əmirliyi hərbçilərinin 4 ədəd tankı da məhv edilib.
BƏƏ Müdafiə Nazirliyi şənbə günü bu ölkənin 3 hərbçisinin Yəməndə gedən toqquşmalarda həlak olması xəbərini təsdiq edib.
Bu arada Yəmənin bir hərbçi komandanı bildirib ki, ordu və xalq qüvvələri əl-Qaidə və Ərəbistan muzdlularının Əbyən vilayətində yerləşən Zənzibar şəhərinə doğru irəliləməsinə mane olub.

Teqlər