Ərəbistan qırıcılarının hücumlarında onlarla yəmənli şəhid olub
Avq 10, 2015 12:34 Asia/Baku
-
Ərəbistan qırıcılarının hücumlarında onlarla yəmənli şəhid olub
Ərəbistan qırıcılarının Yəmənin müxtəlif şəhərlərinə olan hücumlarında onlarla nəfər şəhid olub.
İRİB-nin məlumatına görə, əl-Məyadin informasiya kanalı bu barədə bildirib ki, Ərəbistan qırıcıları Yəmənin İb, Sufyan və Təəz vilayətlərinə raket zərbələri endiriblər. Bu hücumlarda 34 nəfərin şəhid olduğu bildirilir. Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın hərbi mövqelərini atəşə tutublar.Başqa bir məlumata görə, Yəmən ordusu və fərari prezident Mənsur Hadinin tərəfdarları arasında Əbyən vilayətinin Zənzibar şəhəri ətrafında ağır döyüşlər gedir.
Teqlər