Yəmənin artilleriya hücumlarında onlarla Ərəbistan hərbçisi ölüb
Avq 11, 2015 05:39 Asia/Baku
-
Yəmənin artilleriya hücumlarında onlarla Ərəbistan hərbçisi ölüb
Ərəbistan ordusunun onlarla hərbçisi Yəmən ordusunun Nəcran məntəqəsində Ərəbistanın hərbi mövqelərinə artilleriya hücumları zamanı həlak olub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və Ənsarullah hərəkatına bağlı xalq qüvvələri Ərəbistanın Yəmənə olan təcavüzlərinin və sivil insanların qırğın edilməsinin davamına cavab olaraq, bazar ertəsi və bu gün Ərəbistan hərbçilərinin olduğu Nəcran bazasını artilleriya atəşinə tutub.Yəmənin əl-Məsirə informasiya kanalı bu hücum zamanı onlarla Ərəbistan hərbçisinin öldüyünü bildirib.
Ərəbistan Yəmənə qarşı təcavüzlərinin davamında bu gün Razeh məntəqəsində yaşayış massivlərini hədəfə alıb.
Ərəbistan qırıcıları həmçinin Maarib, İb və Təəz vilayətlərini də bombardman ediblər. Bu hücmlarda 20 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilir.
Teqlər