Avq 11, 2015 10:53 Asia/Baku
  • Türkiyədə hakim partiya və ana müxalifət koalisiya qurmağa çalışırlar
    Türkiyədə hakim partiya və ana müxalifət koalisiya qurmağa çalışırlar

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası koalisiyanın qurulması ehtimalından xəbər veriblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, bu iki partiya həmçinin bildiriblər ki, ölkədə yaranmış siyasi böhrana son qoymaq lazımdır. İyun ayında Türkiyədə keçirilən Parlament seçkilərindən 2 ay sonra hakim Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu ilk dəfə olaraq Ankarada görüşüblər.
4 saat davam edən bu görüşdə mədəniyyət naziri Ömər Kılıç və onun müavini Haluk Qaç da iştirak ediblər. Görüşün ardınca verilən açıqlamada, anlaşmaya nail olmaq üçün səy göstərildiyi bildirilib.
Bu məlumata görə, tərəflər cari həftənin sonlarında bir daha görüşəcəklər. Bu görüşdə tərəflər koalisiya dövlətinin qurulması ilə bağlı yekun qərarlarını açıqlayacaqlar.
Ana müxalifət partiyasının sədr müavini isə jurnalistlər ilə görüşdə deyib: Ölkənin maraqları və məsləhətlərini nəzərə alaraq, bir çox məsələlər barədə anlaşma əldə olunub.
Türkiyənin hazırkı baş naziri Əhməd Davudoğlu koalisiya dövlətinin qurulması üçün 23 avqusta kimi fürsətə malikdir. Əks halda, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi lazım olacaq.

Teqlər