Suriyada təkfirçilərin ən ağır hücumu geri oturduldu
Avq 11, 2015 06:29 Asia/Baku
-
Suriyada təkfirçilərin ən ağır hücumu geri oturduldu
Suriyada Kəfərya və Fuə şəhərlərinin xalq müqavimət komitələri "Ceyşül Fəth" adlı təkfirçi-terrorçu qruplaşmasının ən geniş və ağır hücumunu geri oturtmaqla yanaşı, bu terror qruplaşmasına bağlı 300 terrorçunu öldürməyə və terrorçuların ixtiyarında olan bir ədəd tankı məhv etməyə nail olub.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, İdlib vilayətində yerləşən şiə sakinli Kəfərya və Fuə şəhərlərini müdafiə edən xalq müqavimət komitələri Ənnüsrə Cəbhəsinə bağlı olan təkfirçi-terrorçu Ceyşül Fəth qruplaşmasının mühasirəsində olmasına baxmayaraq, bu terror qruplaşmasının bir neçə istiqamətdən həyata keçirdiyi geniş və ağır hücumlarını geri oturtmağı bacarıb.Ceyşül Fəth terror qruplaşması təsəvvür belə etmirdi ki, hər dəfə Kəfərya və Fuə şəhərlərini işğal etmək üçün 0 saatını elan etdikdən sonra, öncəkindən daha ağır məğlubiyyət ilə üzləşərək, geri çəkilməyə məcbur olacaq.
Kəfərya və Fuə şəhərləri bir aydan çoxdur ki, Ceyşül Fəth terror qruplaşmasının mühasirəsindədir.
Yerli mənbələr bildirirlər ki, terrorçular Kəfərya və Fuə şəhərlərinə qarşı son hücumları zamanı xalq müqavimət qüvvələrinin toplaşdıqları məkanları hədəfə alıblar. Bu əsl bir savaş idi. Çünki, tərəflər arasındakı fasilə bir neçə metrdən çox deyildi. Buna baxmayaraq Kəfərya və Fuə şəhərlərini müdafiə edən qüvvələr Ceyşül Fəth terror qruplaşmasının hücumunu geri oturtmağı bacardılar. Bu toqquşmada yüzlərlə terrorçu da məhv edildi.
Teqlər