Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri: Yəmən dağılmıq ərəfəsindədir
Avq 11, 2015 16:05 Asia/Baku
-
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri:
Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Maurer bu gün çərşənbə axşamı Yəməndə insan faciəsi ilə bağlı xəbərdarlıq edərək, deyib: Dünya oyanmalı və nə baş verməkdə olduğunu görməlidir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsini sədri Yəmənə olan 3 aylıq səfərinin sonunda bu ölkədə yaşanan insan faciəsi barədə xəbərdarlıq edib və dünya ölkələrindən istəyib ki, oyanaraq, nə baş verməkdə olsuğunu görsünlər.Ərəbistanın Yəmənə olan hərbi hücumlarının davam etdiyi bir şəraitdə, bu ölkənin havadan, qurudan və dənizdən mühasirəsi də Ər-Riyad tərəfindən davam etdirilir. Bu isə Yəmən xalqının tədrici ölümə sürüklənməsi deməkdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Yəməndə baş verməkdə olan insan faciəsi barədə xəbərdarlıq edib.
Röytersin məlumatına görə, Piter Maurer Yəmənə olan 3 aylıq səfərinin başa çatmasının ardınca deyib: Dünya oyanmalı və nə baş verməkdə olduğunu görməlidir.
Teqlər