Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196661-Ərəbistanın_yəmənə_qarşı_hücumları_davam_edir
Yəmən mediaları Ali-Səud qırıcılarının Yəmənin sivil infrastrukturları və yaşayış massivlərinə qarşı hücumlarının davam etməsindən və sivil əhali arasında insan tələfatının artmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2015 05:38 Asia/Baku
  • Ərəbistanın Yəmənə qarşı hücumları davam edir
    Ərəbistanın Yəmənə qarşı hücumları davam edir

Yəmən mediaları Ali-Səud qırıcılarının Yəmənin sivil infrastrukturları və yaşayış massivlərinə qarşı hücumlarının davam etməsindən və sivil əhali arasında insan tələfatının artmasından xəbər veriblər.

İRNA-nın məlumatına görə, Ərəbistan qırıcılarının raket hücumları və bombardmanları nəticəsində Sədə və Təəz vilayətlərində bir qrup mülki o cümlədən bir neçə qadın və uşaq həlak olub.
Yəmənin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan qırıcılarının Sədə vilayətinə olan hücumlarında bir qadın və bir uşaq daxil olmaqla 3 nəfər həlak olub. Bu hücumlar nəticəsində bir qrup insan da yaralanıb.
Sədə vilayətinin yerli rəsmilərindən biri deyib: Ərəbistan qırıcıları Razeh şəhərinin Fərəq məntəqəsini 4 dəfə bombardman ediblər. Nəticədə 2 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
Ərəbistan qırıcılarının Kətaf şəhərinin Vadi Əmləh məntəqəsində yerləşən əl-Ətfə məhəlləsinə olan hücumlarında da bir uşaq həlak olub.
Həmçinin, Ərəbistan qırıcılarının Təəz vilayətində , Rahidə məntəqəsində bir yaşayış binası və bir ticarət mərkəzini bombardman etməsi nəticəsində 4 nəfər həlak olub, bir qrup insan da yaralanıb.
Bu arada Yəmənin Səhiyyə Nazirliyi bir bəyanat yayaraq, ölkənin 11 vilayətində səhiyyə xidmətlərinin tamamilə durdurulmasından xəbər verib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Yəmənin Səhiyyə Nazirliyi dünya ictimaiyyətinin bu ölkəyə dərhal yardım etməsini istəyib.
Ədən, Ləhəc, Sədə, Təəz, Həccə, Şəbuh, Bəyza, Zale, Əbyən, Maarib və əl-Cəuf vilayətlərində səhiyyə xidmətlərinin durdurulması, xəstələrin çətin duruma düşməsinə səbəb olub.
Bu arada Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri də Yəməndə vəziyyətin acınacaqlı olduğunu bildirərək, deyib: Yəmən dağılmaq üzrədir. Dünya artıq oyanmalı və Yəməndə nə baş verdiyini görməlidir.