Pentaqon: İŞİD silahlıları İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196721-pentaqon_İŞİd_silahlıları_İraqda_kürdlərə_qarşı_kimyəvi_silahdan_istifadə_edib_
İŞİD terror qruplaşmasının silahlıları İraqda kürd döyüşçülərinə kimyəvi silahdan istifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2015 05:18 Asia/Baku
  • Pentaqon: İŞİD silahlıları İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib
    Pentaqon: İŞİD silahlıları İraqda kürdlərə qarşı kimyəvi silahdan istifadə edib

İŞİD terror qruplaşmasının silahlıları İraqda kürd döyüşçülərinə kimyəvi silahdan istifadə edib.

APA-nın verdiyi xəbərə görə, məlumat Pentaqon nümayəndəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl “Bild Online” nəşrində dərc edilən Bundesferin (Almaniya Silahlı Qüvvələri) məxfi hesabatına əsasən, İŞİD silahlıları “Peşmergə” döyüşçülərinə qarşı zəhərli maddələrlə dolu əl qumbaralarından istifadə edib.


Nəşr həmçinin qeyd edir ki, Maxmur şəhərinə hücum zamanı xlor qazından istifadə edilib.

Məlumata görə, kimyəvi hücumdan 60-dək kürd silahlısının xəsarət aldığı bildirilir.