Ərəbistanın Yəmənə hava hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196730-Ərəbistanın_yəmənə_hava_hücumları_davam_edir
Ərəbistanın Yəmənə olan hücumları beynəlxalq etirazlar ilə üzləşsə də, Səudiyyə qırıcıları Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarını davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2015 10:16 Asia/Baku
  • Ərəbistanın Yəmənə hava hücumları davam edir
    Ərəbistanın Yəmənə hava hücumları davam edir

Ərəbistanın Yəmənə olan hücumları beynəlxalq etirazlar ilə üzləşsə də, Səudiyyə qırıcıları Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarını davam etdirirlər.

Əl-Məsirə telekanalının məlumatına görə, Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənada "Fərzə Nohum" məntəqəsini 4 dəfə bombardman edib.
Həmçinin, Ərəbistan ordusu Sədə vilayətində yerləşən Razeh şəhərinə raket zərbələri endirib. Bu hücumlar zamanı bir qrup sivil insan yaralanıb.
Digər tərəfdən Yəmən ordusu və xalq qüvvələrinin raket bölmələri Ərəbistanın təcavüzlərinə cavab olaraq, Ərəbistanın cənubunda, Cİzan vilayətində yerləşən Xələf əl-Dəhrə hərbi bazasını raket ilə hədəfə alıblar.
Yəmən mənbələri bildirirlər ki, orduvə xalq qüvvələri ölkənin cənubunda, İb vilayətində Rəzmə məntəqəsinə doğru irəliləyiblər.
Başqa bir məlumata görə, Yəmən qəbilələri ölkənin qərbində yerləşən Hədidə vilayətinin şimalında, Ərəbistanın təcavüzlərini durdurmaq məqsədi ilə strateji seçimlərin edilməsi ilə razılaşıblar.
Yəmənin şimalında, İmran vilayətinin Mudan məntəqəsi sakinləri də aksiya keçirərək, Ərəbistanın təcavüzlərinə qarşı mübarizə aparmağa hazırlıqlarını elan ediblər.