Sionist rejim fələstinli aksiyaçılara divan tutub
Avq 15, 2015 09:30 Asia/Baku
Sionist rejim İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionist qəsəbələrin salınmasına etiraz edən fələstinli aksiyaçılara divan tutub.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İordan çayının qərb sahilində yerləşən Qəlqiliya şəhərinin yüzlərlə sakini dünən axşam bir aksiyada iştirak edərək, İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə sionist qəsəbələrin salınmasının davam etməsini pisləyib.Fələstinlilər Əldavəbşə ailəsi şəhidlərinin təsvirlərini daşıyaraq, milli şüarlar verib və işğalçı rejimə qarşı müqavimətin şiddətləndirilməsini istəyiblər.
Qəlqiliyada xalq müqavimət komitələrinin koordinatoru Murad Əştivinin dediyinə görə, işğalçı rejim ordusunun xüsusi bölmələri aksiyaçaları dağıtmaq üçün onlara tərəf hərbi və rezin güllələr atıb və gözyaşardıcı qaz buraxıblar. Nəticədə bir qrup aksiyaçı yaralanıb və onlarla nəfər, boğuntu halına düşübdür. Yaralıların bir qismini uşaqlar və Fələstin amalının xarici himayəçiləri təşkil edirlər.
Ramullahın şərqindəki Səlvad qəsəbəsində də sionist hərbçilər fələstinli aksiyaçılarla toqquşub və onları atəşə tutublar.
Bu hücumda doqquz fələstinli yaralanıbdır.
Sionist hərbçilər habelə bu gün səhər tezdən Nablusun qərbində yerləşən Kəfər Qəddum kəndini hərbi məntəqə elan edib və ona gedən giriş yollarını bağlayıblar.