Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196748-Ərəbistan_qırıcıları_yəməndə_bir_kəndə_hücum_ediblər
Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davamında azı dörd qadın həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2015 05:34 Asia/Baku
  • Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər
    Ərəbistan qırıcıları Yəməndə bir kəndə hücum ediblər

Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davamında azı dörd qadın həlak olub.

Frans-Press-in məlumatına görə, səudiyyə qırıcıları Yəmənin paytaxtı Sənanın şimal-qərbindən 130 kilometr aralıda yerləşən Həccə vilayətindəki Hirz məntəqəsinin Əldəşduş kəndini hədəfə alıblar. Bu hücumda bir qrup sivil yaralanıb.
Bu məlumata əsasən, səudiyyə qırıcıları həmçinin Yəmənin cənub-qərbində yerləşən Ləhəc vilayətindəki Əqan məntəqəsinə qarşı on hava hücumu həyata keçiriblər. İndiyə kimi bu hücumların ehtimal olunan tələfat və xəsarətləri haqda məlumat yayılmayıbdır.