Ərəbistanın Yəmənə olan hava hücumlarında 10 nəfər həyatını itirib
Avq 16, 2015 04:22 Asia/Baku
-
Ərəbistanın Yəmənə olan hava hücumlarında 10 nəfər həyatını itirib
Ərəbistanın Yəmənin Həccə vilayətində, Hərz şəhərinə etdiyi hücumlarda 10 nəfər ölüb.
Fransa xəbər agentliyinin məlumatına görə, Ərəbistan qırıcıları şənbə günü Hərz şəhərində yaşayış məntəqələrini hədəfə alıblar. 10 nəfərin həyatını itirdiyi bu hadisədə, bir qrup insan da yaralanıb.Bu məlumatda deyilir: Ərəbistan qırıcıları həmçinin, İb vilayətində, Səqqə məntəqəsini 3 dəfə hücuma məruz qoyublar. Bu hücumlar nəticəsində 4 nəfərin öldüyü, bir qrup insanın da yaralandığı bildirilir.
Digər tərəfdən, Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın Nəcran və Cizan məntəqələrinə olan hücumlarında 7 Ərəbistan hərbçisi ölüb, bir qrup hərbçi də yaralanıb.
Həmçinin, Yəmənin xalq qüvvələri Ərəbistan ordusuna məxsus bir ədəd tankı Cizanda məhv ediblər.
Teqlər