Fələstinlilərin etiraz aksiyası sionist hərbçilər tərəfindən repressiya edildi
Avq 17, 2015 11:32 Asia/Baku
-
Fələstinlilərin etiraz aksiyası sionist hərbçilər tərəfindən repressiya edildi
Sionist rejim polisi həbsdə aclıq aksiyası elan edən fələstinli əsir ilə həmrəylik aksiyasında iştirak edən fələstinlilərə hücum edərək, onlara qarşı gücdən istifadə edib.
Fələstin xəbər agentliyinin verdiyi məlumata görə, İsrail polisi bazar günü fələstinli əsir Məhəmməd Əlan ilə həmrəylik məqsədilə keçirilən aksiyaya hücum edərək, aksiya iştirakçılarına qarşı güc tətbiq edib.61 gündür ki, aclıq aksiyası elan edən fələstinli əsir Məhəmməd Əlan hazırda Əsqəlan şəhər xəstəxanasına köçürülüb və komadadır.
Sionist rejim hərbçiləri həmçinin, onlarla fələstinlini etiraz aksiyasında iştirak etdiyi üçün həbs edib.