Yəmən rəsmiləri Beynəlxalq Ərzaq Proqramı rəsmiləri ilə görüşüblər
Avq 17, 2015 10:17 Asia/Baku
-
Yəmən rəsmiləri Beynəlxalq Ərzaq Proqramı rəsmiləri ilə görüşüblər
Yəmən rəsmiləri Beynəlxalq Ərzaq Proqramı rəsmiləri ilə görüşdə Yəmən xalqının ərzaq ehtiyaclarının təmin edilməsi üçün fövqəladə bir proqramın icraya qoyulması barədə danışıblar.
Yəmənin Səba.net informasıya portalının verdiyi məlumata görə, bazar günü Yəmənin paytaxtı Səna şəhərində baş tutan bu görüş, Yəmənin proqramlaşdırma və beynəlxalq əməkdaşlıq nazirinin müavini Mütəhhər Abbas və Beynəlxalq Ərzaq Proqramının icraçı direktoru Artarin Kazinin sədrliyi ilə keçirilib.Görüşdə, Yəməndə aclıq böhranının yaranmasını önləmək üçün fövqəladə yardım proqramlarının həyata keçirilməsi məsələsinə təkid edilib.
Bu görüşdə həmçinin, Ərəbistanın təcavüzləri və hava hücumlarına görə təhsildən məhrum olan məktəblilər barədə də danışıqlar aparılıb. Səhiyyə, təhsil və kənd təsərrüfatı üzrə əməkdaşlıqların genişləndirilməsinə təkid edilib.
Ərəbistanın dünən Yəmənə olan hücumlarında İb vilayətində yerləşən Kədakid məntəqəsi 5 dəfə bombardmana məruz qalıb.
Yəmənin cənubu da Ərəbistan qırıcılarının hücumlarından amanda qalmayıb. Bir məktəb, bir yoxlama-buraxılış məntəqəsi və bir körpü bu hücumlar zamanı dağıdılıb.
Teqlər