Daha bir fələstinli gənc sionist gülləsindən şəhid oldu
Avq 18, 2015 11:28 Asia/Baku
Sionist rejim hərbçiləri Qərb Sahilində fələstinli bir gəncə tərəf atəş açaraq, onu şəhid ediblər.
Fələstinin Məa informasiya agentliyinin verdiyi məlumata görə, Məhəmməd Bəssam əl-Ətrəş adlı fələstinli gənc Qərb Sahilinin şimalında, Zətra hərbi yoxlama-buraxılış postunda sionist hərbçilər tərəfindən şəhid edilib.Məlumata görə, sionist rejim hərbçiləri təcili tibbi yardım maşınına yaralı gəncə yardım etək icazəsi verməyib.
Fələstinin Xarici İşlər Nazirliyi isə bir bəyanat yayaraq, bu fələstinli gəncin şəhid edilməsini pisləyib və deyib: Sivil fələstinlilərin sionist rejim hərbçiləri tərəfindən ictimai məkanlarda edam edilməsi ilə bağlı cinayət işi hazırlanmaqdadır. Bu cinayət işi daha sonra Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq cinayət məhkəməsinə göndəriləcək.
Digər tərəfdən bir fələstinli gənc bir sionist qəsəbə sakininin idarə etdiyi avtomobil tərəfindən vurularaq, əzilib. Bu fələstinli gənc baş nahiyəsindən xəsarət alıb. Sol ayağında da yaralar var.
BMT-nin bildirdiyinə görə, cari 2015-ci ilin əvvəlindən bəri sionist rejim hərbçiləri orta hesabla hər həftə 37 fələstinliyə birbaşa olaraq atəş açıblar. Bu isə həmin müddət ərzində orta hesabla 25 fələstinlinin şəhid olması ilə nəticələnib.