ABŞ ordusu Əfqanıstanın Meydan Vərdək vilayətinə havadan zərbələr endirib
Avq 18, 2015 19:16 Asia/Baku
-
ABŞ ordusu Əfqanıstanın Meydan Vərdək vilayətinə havadan zərbələr endirib
Əfqanıstandan daxil olan məlumatlara görə, ABŞ ordusunun pilotsuz uçan aparatları Əfqanıstanın Meydan Vərdək vilayətinə raket zərbələri endirib.
BBC-nin verdiyi məlumata görə, Əfqanıstanın Meydan Vərdək vilayət ofisinin mətbuat xidməti bildirib ki, bazar günü ABŞ ordusunun pilotsuz uçan aparatları Daymərdad və Çək şəhərlərinə raket zərbələri endirib. Nəticədə 7 nəfər həlak olub. Oxşar hadisə bir neçə gün öncə Əfqanıstanın şərqində, Nəngərharda baş vermişdi. Bu hadisə bir neçə nəfərin ölümü ilə nəticələnmişdi.