Mart ayından bəri Yəməndə 400 uşaq öldürülüb
Avq 19, 2015 13:12 Asia/Baku
BMT-nin uşaq fondu mart ayından bəri Yəməndə azı 400 uşaq öldürülməsindən xəbər verib.
Press TV-nin məlumatına görə, UNICEF bir hesabatda bildirib ki, Ərəbistanın martın sonlarında Yəmənə hərbi hücumunun başlanmasından bəri bu hücumlarda azı 400 yəmənli uşaq öldürülüb."Yəməndə uşaqlara qarşı təhdid" adlı bu hesabatda həmçinin Ərəbistanın hərbi hücumlarında azı 600 yəmənli uşağın öldürülməsindən xəbər verilib.
Bu məlumata görə, Ərəbistanın hərbi hücumlarında hər gün orta hesabla üç yəmənli uşaq həlak olur.
Hesabatda habelə Yəmən dünyada uşaqlar üçün ən təhlükəli məntəqələrdən biri kimi qeyd olunur ki, bu ölkədə təqribən on milyon uşaq humanitar yardımlara böyük ehtiyac duyur.
BMT-nin məlumatına görə, mart ayından bəri Ərəbistanın hücumlarında Yəməndə dörd mindən çox insan həlak olubdur ki, onların bir çoxu sivildir.