Avq 20, 2015 10:11 Asia/Baku
  • Sionistlərin Məsciduləqsaya hörmətsizlikləri davam edir
    Sionistlərin Məsciduləqsaya hörmətsizlikləri davam edir

Sionist qəsəbə sakinləri bir daha Məsciduləqsaya basqın edərək, bu məscidə qarşı hörmətsizlik ediblər.

Livanın Ələhd xəbər portalının məlumatına görə, sionist qəsəbə sakinləri bu rejim hərbçilərinin dəstəyi ilə çərşənbə günü son aylarda neçənci dəfə olaraq, Məsciduləqsaya basqın ediblər.
Ərəb Liqası da son zamanlar bildiribdir ki, sionist qəsəbə sakinləri cari milad ilinin əvvəlindən bəri on bir min dəfədən çox Məsciduləqsaya hücum ediblər.
Digər bir xəbərə görə, sionist rejim hərbçiləri çərşənbə günü İordan çayının qərb sahilində yerləşən Əlxəlil şəhərinin şimalındakı Bəyt Ummər qəsəbəsində fələstinlilərin mənzillərindən bir neçəsinə basqın edərək, dörd gənci həbs ediblər.
Sionist rejim hərbçiləri habelə İordan çayının qərb sahilinin şimalında yerləşən Yəəbud və Zubdə qəsəbələrinə basqın ediblər.

Teqlər