Ərəbistanın hücumlarında onlarla yəmənli öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196920-Ərəbistanın_hücumlarında_onlarla_yəmənli_öldürülüb
Onlarla Yəmən vətəndaşı səudiyyə qırıcılarının Yəmənin şəhər və kəndlərinə qarşı hava hücumlarında həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2015 09:45 Asia/Baku
  • Ərəbistanın hücumlarında onlarla yəmənli öldürülüb
    Ərəbistanın hücumlarında onlarla yəmənli öldürülüb

Onlarla Yəmən vətəndaşı səudiyyə qırıcılarının Yəmənin şəhər və kəndlərinə qarşı hava hücumlarında həlak olub.

Əlaləm telekanalının məlumatına görə, səudiyyə qırıcıları Yəmənin cənubunda, Əlbiyza vilayətində yerləşən Məkras şəhərinin mərkəzindəki bir yaşayış binasını hədəfə alıblar. Nəticədə on Yəmən vətəndaşı həlak olub.
Ərəbistan qırıcıları həmçinin Yəmənin qərbində yerləşən Əlhudəydə limanını hədəfə alıblar. Nəticədə üç Yəmən vətəndaşı həlak olub.
Yəmənin şimalında yerləşən Umran şəhərində Təlim-Tərbiyə Ofisinin bombalanması da 19 nəfərin həlak olması, 18 nəfərin də yaralanmasına bais olub.
Yəmənin şimalında yerləşən Razih şəhərindəki Əlnəzir məntəqəsində bir evin bombardman edilməsi nəticəsində bir Yəmən vətəndaşı həlak ollub.
Ərəbistan qırıcıları Yəmənin cənubunda yerləşən Təəz vilayətində yerləşən prezident sarayını və onun ətrafını bombalayıblar.
Yəmən ordusu da Ərəbistanın hücumlarına cavab olaraq, həmin ölkənin Cizan şəhərində yerləşən ən böyük hərbi bazanı raket atəşinə tutub.
Həmçinin Ərəbistan ordusunun Nəcranda yerləşən gözətçi mərkəzləri hədəfə alınıbdır.
Yəmənin ordusu və xalq qüvvələrinin artilleriya bölməsi də Zəhran Əsirdə yerləşən Əlhiclə səudiyyə hərbi bazasını atəşə tutublar.