Avq 21, 2015 09:03 Asia/Baku
  • Qəzzə Zolağı mühasirəsinin ləğvi vacibliyi
    Qəzzə Zolağı mühasirəsinin ləğvi vacibliyi

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın Siyasi Bürosunun üzvü vurğulayıb ki, Qəzzədə atəşkəsin təsbiti bu zolağın zalımcasına mühasirəsinin ləğvindən asılı olacaq.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Həmas-ın Siyasi Bürosunun üzvü Mahmud Əlzəhhar cümə axşamı günü bildirib: Sionist rejim əgər Qəzzədə atəşkəs ardıncadırsa, tez bir zamanda bu zolağın mühasirəsinə son qoymalıdır.
Əlzəhhar deyib: Fələstinli qruplar Qahirə müzakirələrində Qəzzə Zolağı mühasirəsinin ləğvi qarşılığında atəşkəsin təsbiti məsələsi barədə razılıq əldə ediblər. Lakin sionist rejim bu anadək Qəzzə Zolağının mühasirəsini ləğv etməyib.
Media mənbələri beynəlxalq tərəflərin Qəzzə Zolağı mühasirəsinin ləğvi qarşılığında bu məntəqədə atəşkəsin təsbiti və bu zolağın xaric dünya ilə əlaqəsinin yaradılması məqsədilə su keçidinin inşası üzrə geniş fəaliyyətlərindən xəbər veriblər. Amma hələ Qəzzədə uzunmüddətli atəşkəs barədə razılaşma imzalanmayıb.
Qəzzənin mühasirəsi 2007-ci ildən başlanıb və bu izdihamlı məntəqənin mühasirəsinin uzanması onun sakinlərini məişət problemləri ilə üzləşdirib.

Teqlər