Avq 21, 2015 10:09 Asia/Baku
  • Yəmən xalqının acınacaqlı həyat şəraiti
    Yəmən xalqının acınacaqlı həyat şəraiti

BMT baş katibinin müavini Yəmən xalqının acınacaqlı həyat şəraitindən danışıb.

IRNA-nın məlumatına görə, BMT baş katibinin müavini Stefan Duçarik səudiyyəlilərlə müttəfiqlərinin Yəmənə qarşı hücumlarının davam etməsinin bir milyonn 500 min nəfəri didərgin salması və bu ölkə əhalisinin səksən faizini təcili humanitar yardımlara ehtiyaclı etməsinə toxunaraq, deyib ki, hazırda Yəmən insan faciəsi ilə üzləşib.
O, deyib ki, Ban Ki Munun müavini və BMT-nin humanitar yardımlar üzrə koordinatoru Stiven Obrayn Təhlükəsizlik Şurasına ünvanladığı hesabatda Yəmənə olmuş son səfərindəki müşahidələri təsirli və hövlnak adlandırıb.
O, indiyədək hava hücumları və döyüşlər nəticəsində həyatını itirmiş və yaralanmış uşaqların sayını min nəfərdən yuxarı elan edib.
O, cari həftənin əvvələrində səudiyyəlilərin Yəmənin həyati damarlarından olan Hədidə limanına qarşı hava hücumlarına toxunaraq, bu kimi hücumları beynəlxalq və humanitar qanunların aşkar pozulmasının adlandırıb.

Teqlər