Ali-Səudun Yəmənə hücumlarının miqyası genişlənir
Avq 21, 2015 09:25 Asia/Baku
-
Ali-Səudun Yəmənə hücumlarının miqyası genişlənir
Səudiyyə qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə qarşı əməliyyatı genişlənib.
Yəmənin rəsmi Səba xəbər agentliyinin məlumatına görə, Ərəbistanın Yəmənin yaşayış massivləri və infrastruktur təsisatlarına qarşı hava hücumları davam etməkdədir və səudiyyə qırıcılarının Təəz vilayətindəki yaşayış massivlərinə qarşı hücumunda azı 29 nəfər həlak olub.Bir yəmənli rəsmi bu haqda deyib: Yardım qrupları həlak olanları uçqunların altından çıxarmağı davam etdirirlər və hazırda yardım əməliyyatları çətinliklə baş tutur.
Səudiyyə qırıcıları Səədə vilayətinə qarşı hücumda ümumi bir şose yolunu və bir sıra evi bombalayıblar; nəticədə üç ev dağılıb və ətrafdakı evlərə xəsarətlər dəyibdir.
Teqlər