Səudiyyəlilərin Təəzə hücumlarında 60 şəhid
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196955-səudiyyəlilərin_təəzə_hücumlarında_60_şəhid
Səudiyyəlilərin Yəmənin Təəz şəhərindəki Salə məntəqəsində yerləşən yaşayış massivinə hücum üzrə cinayətində şəhid olanların sayı altmış nəfərə çatıb, qırxdan çox insan da yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 21, 2015 17:12 Asia/Baku
  • Səudiyyəlilərin Təəzə hücumlarında 60 şəhid
    Səudiyyəlilərin Təəzə hücumlarında 60 şəhid

Səudiyyəlilərin Yəmənin Təəz şəhərindəki Salə məntəqəsində yerləşən yaşayış massivinə hücum üzrə cinayətində şəhid olanların sayı altmış nəfərə çatıb, qırxdan çox insan da yaralanıbdır.

Əlaləm telekanalının məlumatına görə, səudiyyə qırıcıları cümə axşamı günü və gecəsi 20 dəfədən çox Təəzə hücum ediblər.
Yəmənin Səədə vilayətinə qarşı quru və hava hücumları da davam edir.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, on beş mindən çox yəmənli səhiyyə yardımlarına ehtiyaclıdır; minlərlə nəfər ölüb, minlərlə nəfər də tibbi imkanların yoxluğu üzündən həyatını itirə bilər. Bu təşkilat bildirib ki, beş milyondan çox yəmənli üışaq təhlükəli xəstəliklərə tutulma xətəri ilə üz-üzədir. Belə bir halda, Yəmən ordusu və xalq komitələri Zəhran Əsir məntəqəsində Ərəbistanın sərhəd komandanlıq qərargahını Qrad raketləri ilə hədəfə alıblar.
Yəməndəki hərbi mənbələr Ərəbistanın cənub-qərbində yerləşən Cizan vilayətinin Əlxubə məntəqəsində bu ölkə ordusunun bir ədəd Apaçi vertolyotunun "yer-hava" tipli raketlə vurulub yerə salınmasından xəbər veriblər.
Yəmənli mənbələr də bildiriblər ki, Yəmən ordusu və xalq komitələrinin bölmələri səudiyyə ordusunun Cizandakı Ələmud hərbi mərkəzinin nəzarətini ələ alıb və səudiyyəlilərin dörd hərbi avtomobilini də məhv ediblər.