Ali-Səud hərbçiləri öz mövqelərindən qaçıblar
Avq 22, 2015 06:10 Asia/Baku
-
Ali-Səud hərbçiləri öz mövqelərindən qaçıblar
Yəmənin ordusu və xalq qüvvələrinin gözlənilmədən səudiyyəlilərin Cizandakı mövqelərinə hücumundan sonra Ali-Səud hərbçiləri öz mövqelərindən qaçıblar.
"Panorama Əl-Şərq Əl-Əusət" xəbər portalının məlumatına görə, onlarla ərəbistanlı hərbçi Yəmənin ordusu və xalq qüvvələrinin səudiyyəlilərin Cizandakı mövqelərinə hücumuna reaksiyada piyada şəkildə mövqelərini tərk ediblər.Bu məlumata görə, fərari Ali-Səud hərbçiləri su və qida əldə etmək və onları Cizan şəhərinə köçürməkdən ötrü ərəbistanlı rəsmilərlə əlaqə qurmaq üçün bu şəhərin yaşayış massivlərinə daxil olublar.
Yəmən ordusunun raket bölmələri Cizanda yerləşən Əlşəbəkə, Əşş və Mətbə hərbi mərkəzlərini raket hədəfinə alıblar.
Teqlər