Ərəbistanın Yəmənə hücumlarında 4600 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i196989-Ərəbistanın_yəmənə_hücumlarında_4600_nəfər_həlak_olub
Ərəbistan ordusunun ötən 150 gündə Yəmənə qarşı hücumlarında 4602 Yəmən vətəndaşı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2015 05:23 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumlarında 4600 nəfər həlak olub
    Ərəbistanın Yəmənə hücumlarında 4600 nəfər həlak olub

Ərəbistan ordusunun ötən 150 gündə Yəmənə qarşı hücumlarında 4602 Yəmən vətəndaşı həlak olub.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Yəməndə Ərəbistanın Cinayətlərinə Nəzarət üzrə Hüquqi Koalisiya şənbə günü bir bəyanatda bildirib ki, ötən beş ayda Ərəbistanın Yəmənə qarşı hücumlarının təqribən 4602 qurbanı qadın və uşaq olubdur.
Yəməndə Ərəbistanın Cinayətlərinə Nəzarət üzrə Hüquqi Koalisiyasının 20-ci hesabatına əsasən, bu müddətdə habelə 11652 yəmənli yaralanıb ki, onların təqribən üçdə biri qadın və uşaq olubdur.
Bu məlumata görə, cümə günü 63 nəfərin ölümü, 50 nəfərin də yaralanması ilə nəticələnmiş Təəz şəhərinin yaşayış massivinə qarşı bombardman Ali-Səudun Yəməndəki cinayət və təcavüzlərinin sonuncu nümunəsi olubdur.
Bu koalisiya həmçinin medialar, BMT və beynəlxalq orqanlardan, xüsusən İnsan Haqları Təşkilatından istəyibdir ki, Ərəbistanın dəstəklədiyi terrorçu-təkfirçi qruplar, o sıradan Əlqaidə və İŞİD-in cinayətləri qarşısında öz məsuliyyətlərinə əməl edərək, bu qrupların cinayətləri barədə hesabat yaysınlar.
Belə bir halda, bildirilib ki, Yəmən xalq inqilabı ilə müxalif orqanların tabeliyində olan qüvvələrin bir çoxu Ənsarullah qüvvələrinə və Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehə tərəfdar hərbçilərə qarşı hərbi əməliyyatda iştirak məqsədilə şənbə günü bu ölkənin şərqindəki Maarəb vilayətinə daxil olublar.
Yəmən xalq inqilabı ilə müxalif orqanlar və Ərəbistanın tabeliyində olan silahlı qüvvələrin komandanlarından olan Saleh Nəcəf deyib ki, bu qüvvələr Ərəbistan ərazisində hərbi təlimlər keçəndən sonra yüzlərlə tank, zirehli avtomobil, tranportyor və silah və sursat daşıyan yük maşınları ilə Maarəb vilayətinin şərqindəki Safər məntəqəsinə daxil olublar.
Ərəbistan bəzi ərəb ölkələri və Amerika ilə əlbir olaraq, martın 26-dan bəri Yəmənə qarşı geniş hücumlara keçibdir ki, bu ölkənin istefa vermiş fərari prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarsınlar və Yəmən şəhərlərinin təhlükəsizliyinə malik olan Ənsarullah xalq hərəkatının qüdrətlənməsinin qarşısını alsın.
Bu müharibəni ümumi fikri aldatmaq üçün başlatmış Ərəbistan rejimi hazırda Yəmən bataqlığında ilişib qalıbdır və öz istəklərinin heç birinə çatmayıbdır.