Ərəbistanın Yəməndə Əlqaidəyə maliyyə və silah yardımları
Avq 23, 2015 09:47 Asia/Baku
-
Ərəbistanın Yəməndə Əlqaidəyə maliyyə və silah yardımları
Ərəbistan maliyyə mənbələri və silahlardan terrorçu Əlqaidə qrupunu gücləndirmək və ondan Yəmənin ordusu və xalq qüvvələrinə qarşı istifadə üçün yararlanır.
Yəmənin Əlmutəmər xəbər portalının məlumatına görə, Ərəbistan başda olmaqla Yəmənə təcavüz edən ölkələrin təyyarələri Yəmənin Əlbiyza vilayətinin şimalındakı Əlsuməə bölməsində yerləşən Cair məntəqəsində Əlqaidə üçün pul və silah tullayıblar.Bu məlumata görə, iki həftə bundan öncədən Əlsuməə məntəqəsini işğal etmiş terrorçu Əlqaidə qrupu bu məntəqənin yüksəkliklərində təlim bazası yaradıb və səudiyyə hərbçilərinin köməyi ilə Yəmən xalqı ilə mübarizə məqsədilə gənclərin təlimi və əsgər yığmaqla məşğuldur.
Regiondakı informasiya mənbələri də bildirblər ki, Ərəbistan Kəşfiyyat Təşkilatı aylardır ki, Əlqaidənin tabeliyində olan silahlı şəxslərin sıralarına nüfuz etməklə Yəməndə öz məqsədlərinə çatmağa çalışır.
Teqlər