Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Avq 23, 2015 11:57 Asia/Baku
-
Ərəbistanın Yəmənə qarşı hava hücumları davam edir
Ərəbistan qırıcılarının Yəmən məntəqələrinə qarşı hücumları davam etməkdədir.
Təsnim xəbər agentliyinin məlumatına görə, səudiyyə qırıcıları bazar günü Yəmənin Əlhudəydə vilayətinin müxtəlif məntəqələrini, bu vilayətin polis mərkəzini hədəfə alıblar.Ərəbistan qırıcıları habelə 20 dəfədən çox Ənsarullah xalq hərəkatının Səədə vilayətinin Məran məntəqəsindəki mövqelərini bombalayıblar.
İnformasiya qaynaqları da səudiyyəli təcavüzkarların Əlbiyza vilayətində Yəmənin xüsusi təyinatlı qüvvələrinin bazasına hava hücumundan xəbər verib. Hələ bu hücumların ehtimal olunan tələfat və xəsarətləri barədə məlumat daxil olmayıb.
Digər tərəfdən, Yəmənin ordu və xalq qüvvələri Cazan vilayətində Ərəbistanın Məlhəmə postunun nəzarətini tam şəkildə ələ alıblar.
Teqlər