Yəmən ordusunun Ərəbistan xalqına xəbərdarlığı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i197015-yəmən_ordusunun_Ərəbistan_xalqına_xəbərdarlığı_
Yəmən ordusunun Ərəbistan vətəndaşlarına hava limanları və hərbi bazalardan uzaqlaşmalarını istədiyi bir halda xəbər qaynaqları Ceyzan döyüşlərində Ərəbistanın ordusunun 18-ci qoşunun komandanının həlak edilməsini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2015 06:08 Asia/Baku
  • Yəmən ordusunun Ərəbistan xalqına xəbərdarlığı
    Yəmən ordusunun Ərəbistan xalqına xəbərdarlığı

Yəmən ordusunun Ərəbistan vətəndaşlarına hava limanları və hərbi bazalardan uzaqlaşmalarını istədiyi bir halda xəbər qaynaqları Ceyzan döyüşlərində Ərəbistanın ordusunun 18-ci qoşunun komandanının həlak edilməsini bildiriblər.

Müxbirimiz verdiyi məlumata əsasən Əl-Məsirə kanalı bir məlumatda Ərəbistan ordusunun 18-ci qoşunun komandanı Əbdürrəhman Bin Səid Əl-Şəhrani-nin həlak edilməsindən xəbər verib.
Yəmən ordusunun rəsmi sözçüsü general-mayor Şərəf Loqman bildirib: Yəməndə ordu və xəlqi komitələr Ali-Səud rejiminin təcavüzləri qarşısında mübarizə aparmaqdan başqa bir çarəsi yoxdur və Ərəbistanın hərbi bazaları və hava limanlarını hədəfə alır. General həmçinin Əbha vilayətindəki Ərəbistan vətəndaşlarından istəyib ki hərbi bazalar və hava limanlarından uzaqlaşsınlar.
Generalın sözlərinə görə beynəlxalq ictimaiyyətin Ərəbistanın Yəmən xalqına qarşı təcavüzləri qarşısında susması səbəb olub ki, ordu və xəlq komitələri strateji seçimləri seçsinlər və təcavüzləri kəskin tərzdə cavablandırsınlar.