Avq 26, 2015 11:11 Asia/Baku
  • Bəhreynin dini alimləri Ali-Xəlifə rejiminin son qərarına reaksiya veriblər
    Bəhreynin dini alimləri Ali-Xəlifə rejiminin son qərarına reaksiya veriblər

Bəhreyndə dini alimlərin mənbərlərdə çıxış etmək üçün hökumətdən icazə sənədi almalarının vacibliyi bu ölkənin dini alimlərinin etirazına səbəb olub.

Bəhreynin Əl-Vifaq İslam Cəmiyyətinin internet xəbər portalının məlumatına görə Ali Xəlifə rejiminin, ruhanilərin mənbərlərdə çıxış etmələri və ya nitq söyləmələrinə məhdudiyyət qoyması bu ölkənin böyük din alimlərinin etirazına səbəb olub. Bu din alimləri Ali-Xəlifə rejiminin addımını yol verilməz sayıblar.
Yada salaq ki Bəhreynin dini alimləri bir bəyanatda hökumətin dini işlərə müdaxiləsini pisləyərək bildiriblər: Hər bir vəziyyətdə dinə və dini prinsiplərə ehtiramla yanaşmaq lazımdır.
Bəhreynin məşhur din alimlərindən təxminən yüz nəfəri bu etiraz xarakterli bəyanatı imzalayıblar.
Bəhreynin daxili işlər naziri Raşid Bin Abdullah Ali-Xəlifə son vaxtlar alimlərin ümumi məkanlarda nitq söyləmə ya mənbərlərdə çıxış etmələrinə dair Ali-Xəlifə rejimi tərəfindən icazə sənədinin alınmasının vacibliyindən danışmışdı.

Teqlər